ADGTT-nın Cümhuriyyətin 100 illiyinə töhfəsi...



26.05.2018
     Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvi Elşən Sərxanoğlu “Cümhuriyyət ili”nə həsr etdiyi əsərlərini Azərbaycan İstiqlal Muzeyi və Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edib. Hər iki əsər muzeylərin ekspozisiyasında nümayiş olunur. Rəssamın İstiqlal muzeyinə bağışladığı “Həsrət üzəngilərinə elegiya” triptixi mayın 24-də muzeydə Mədəniyyət Nazirliyi, Türkiyənin ölkəmizdəki səfirliyi, Bakı Yunus Əmrə İnstitutu və Bakı Türk Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz-İslam Ordusunun 100 illiyi ilə əlaqədar fotosərginin açılışında təqdim edilib. Rəssam heykəltəraşın müəllifi olduğu “İstiqlal müjdəçisi” adlı heykəl isə mayın 25-də Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycanın istiqlal müjdəçiləri” adlı sərgidə nümayiş olunub. Hər iki əsərdə ADGTT-nın rəssam Azərbaycanın istiqlalını, qələbəsini və mübarizliyini təsvir etmişdir.

Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı