ADGTT-da yeni tamaşanın məşqlərinə başlanılıb...



03.07.2018
     Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2018-ci ilin III rübü üçün təsdiq edilmiş repertuar planına uyğun olaraq Migel De Servantesin “Don Kixot” əsəri əsasında eyniadlı tamaşanın hazırlanmasına başlanılıb. İyulun 3-də tamaşanın ilk məşqlərinə start verilib və səhnə həlli ilə bağlı yaradıcı heyətlə müzakirələr aparılıb.
     Tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Rüfət Ramazanov, tamaşanın plastik həlli Ceyhun Dadaşov, rejissor assistenti Sona Mustafayevadır.
     Yeni səhnə əsərində Əməkdar artistlər Qurban İsmayılov, Şövqi Hüseynov, Elşən Çarhanlı, aktyorlar Mehriban Hüseynova, Təhminə Məmmədova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd, Elnur Hüseynov, Elşən Hacıbabayev və teatrın sevilən aktyor heyəti rol alıb.
     Tamaşanın premyerası yeni mövsümdə nəzərdə tutulub.

Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı