Gənc Tamaşaçılar Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna

ianə etdi


08.10.2020
Gənc Tamaşaçılar Teatrının kollektivi işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şücaətlə döyüşən rəşadətli Ordumuza dəstək məqsədi ilə Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.
Silahlı qüvvələrimiz Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə böyük igidlik göstərir. Tezliklə Mübariz Ordumuzun növbəti zəfər xəbərlərini eşidəcəyimizə əminik. Biz sənət adamları da Ali Baş Komandanımızın rəhbərliyi ilə başlamış yeni eranı, hər gün gələn ümidli xəbərləri böyük ruh yüksəkliyi ilə izləyirik.
Qələbə bizimlədir!
Qarabağ Azərbaycandır!


Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX