Gənc Tamaşaçılar Teatrı Əsgərə müraciət etdi


10.10.2020
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyrorları «Əsgərə salam» adlı video-müraciət hazırlayıb. Müraciətdə iştirak edən aktyorlar illərlə səhnədə canlandırdıqları qəhrəmanların adından Əsgəri salamlayıblar. Teatrın repertuarında yer alan, müharibənin ağrı-acısını əks etdirən Anar.«Şəhərin qış gecələri», S.Elsevər.«Arzu və Murad», L.Bəyim, Y.Abramov. «Yarımçıq qalmış», L.Nuren «Müharibə», Ə.Əmirli «Ünvansız qatar» kimi tamaşalarda əsas obrazları ifa edən aktyorlar ordumuzdan şad xəbərlər gözlədiklərini, tezliklə Qələbə haqqında səhnə əsərləri yaradacaqlarına inamlarını dilə gətiriblər. Video-çarxı oxucularımıza təqdim edirik...




Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX