Gənc Tamaşaçılar Teatrının aktyoru Gənclər və İdman

nazirliyinin mükafatına layiq görüldü



02.02.2020
Hər il 2 fevral Gənclər günü münasibəti ilə Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi müxtəlif sahələrdə seçilən yaradıcı adamlara mükafatlar təqdim edir. Bu dəfə ötən ilin yekunlarına görə Gənc Tamaşaçılar teatrının aktyoru Pirimov Araz «İlin gənc aktyoru» nominasiyasında mükafat alıb. Qeyd edək ki, Pirimov Araz 1993-cü ildə Bakı şəhərində anadan olub. Bakı şəhəri 245 saylı orta məktəbdə təhsil alıb. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Sənətşünaslıq fakültəsində Bədii yaradıcılıq və ekran dramaturgiyası ixtisası üzrə təhsil alıb. 2012-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışır. Teatrın bu etimadını yüksək qiymətləndirən aktyor belə mükafatların yaradıcı adam üçün böyük stimul olduğunu söyləyib: «Teatra gəldiyim gündən hər zaman kollektivin qayğısını, gənclərə diqqətini hiss etmişəm. Ustadlarıma minnətdaram ki, bizim yetişməyimizdə böyük əmək sərf ediblər. Teatrımızın direktoru, hər zaman doğma, qayğıkeş münasibətiylə hir birimizə dayaq olan Naidə xanım İsmayılzadəyə ayrıca təşəkkür edirəm. Bundan sonrakı fəaliyyətimdə də bu etimada layiq olmağa, sənətimə bir az daha məsuliyyətli yanaşmağa çalışacam.»


Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX