Gənc Tamaşaçılar Teatrının aktrisası Xocalı haqda filmdə ...



02.02.2020
Bu günlərdə Xocalıya ədalət ideyasının davamı olaraq, həqiqətlərimizi ifadə edən yeni bir qısametrajlı film çəkilib.
Belə ki, Portuqalıya kinoşirkəti “Original features” tərəfindən “Story of Khojali” filmi ekranlaşdırılıb.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru həmyerlimiz Nadir Maçanovdur. Filmin prodüserliyini isə portuqaliyalı rejissor, prodüser Andre Badalo edib.
Filmdə Xocalı soyqırımının dəhşətləri monoloq kimi təqdim olunur.
#justiceforKhojali kampaniyası çərçivəsində "Xocalı nişanəsi" adlı bədii-sənədli, qısametrajlı film çəkilib.
Filmin ssenarisi: əməkdar Jurnalist Mübariz Əsgərov
Quruluşçu rejissor: Elçin Elxanlı.
Film Şəkinin Kiş kəndində lentə alınıb. Son günlərdə sosial şəbəkələrdə böyük maraqla qarşılanan filmdə Xocalı faciəsi uşağın xatirəsi ilə ifadə olunur...
Filmlərdə əsas qəhrəmanlardan birini teatrımızın aktrisası Aygün Fətullayeva canlandırır. Yaradıcı heyəti və gənc həmkarımızı təbrik edir, yeni yaradıcılıq uğurları diləyirik!


Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX