Biz birlikdə güclüyük!



08.04.2020
Koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə ötən il Gənc Tamaşaçılar Teatrının təşəbbüsü ilə Səbail Rayonu İcra hakimiyyəti, Azərbaycan UNESCO Klubları Assosiasiyası, ASAN Könüllüləri Təşkilatı, “ASAN radio”, “Azərbaycan” dərgisinin birgə təşkilatçılığı ilə "Biz birlikdə güclüyük" adlı birpərdəli pyes müsabiqəsi elan edilib. Müsabiqənin təşkilində əsas məqsəd koronavirus pandemiyasının yaratdığı bəşəri problemləri, dünyada və ölkəmizdə bu epidemiyaya qarşı aparılan mübarizəni teatr sənətinin də aktual mövzusuna çevirməkdi. Müsabiqəyə maraq göstərən bir çox gənc qələm sahiblərinin pyeslərinə münsiflər heyəti baxıb və müzakirədən sonra gənc yazıçı-ssenarist Pərviz Seyidlinin “Mələk” pyesi qalibi elan olunub. Hal-hazırda əsər üzərində yaradıcı heyətin müzakirələri, online məşqlər gedir və tezliklə teatrların fəaliyyəti bərpa olunanda tamaşanın quruluşuna start veriləcək...




Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX