Çimnaz xanım yuxudadır


Musiqili məzhəkə
Müəllif:Süleyman Rüstəm
Quruluşçu rejissor: Rafiq Əliyev (Əməkdar Artist, "Qızıl Dərviş" mükafatı laureatı)
Quruluşçu rəssam: ELNUR BABAYEV
Mahnıların müəllifi: GÖVHƏR HƏSƏNZADƏ (Əməkdar Artist)
Musiqi tərtibatı və oranjeman: VASİF HÜSEYNLİ
Rejissor assistenti: ELŞƏN RÜSTƏMOV
Rollarda:
QAFAR - Yasin Qarayev (Xalq Artisti)
ÇİMNAZ - Naibə Allahverdiyeva (Əməkdar Artist)
ƏLİ VƏ SƏRVƏR - Elnur Hüseynov
Elnur Kərimov
NABAT - Günel Məmmədova
TANYUŞA - Elşən Rüstəmov (Əməkdar Artist)
Elnur Kərimov
İlham Əsədov
Tamaşanın müddəti:1 saat 10 dəqiqə
Xülasə: Xalq şairi Süleyman Rüstəmin «Çimnaz xanım yuxudadır» komediyası teatr həvəskarı olan Çimnaz xanımın məhəllə qadınları ilə tamaşaya baxmaq üçün evində qurduğu oyundan bəhs edir. O, qulluqçusu Nabatı başa salır ki, əri Qafar gələndə ona desin: xanımın başı ağradığı üçün yatıb, narahat etmək olmaz. Hər şey də məhz bu əhvalatdan başlanır. Qafar öz yataq otağına keçmək istəyəndə Nabat çox gülünc işlərə əl atır ki, ər xanımın teatra getdiyini bilməsin. İdeya baxımından ailədə sədaqəti və düzlüyü tərənnüm edən bu tamaşa da mahnı və rəqslərlə zəngindir.

Tamaşadan fotolar:


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı