Dovşanın ad günü


İki hissəli alleqorik tamaşa
Müəllif:Xanımana Əlibəyli
Quruluşçu rejissor: AĞAXAN SALMANLI
(Azərbaycan Respublikasının Xalq Artisti)
Quruluşçu rəssam: ELŞƏN SƏRXANOĞLU
Bəstəkar: ŞƏFİQƏ AXUNDOVA
(Azərbaycan Respublikasının Xalq Artisti)
Rollar və ifaçılar:
Dovşan - Nuranə Hüseynova, İradə Rəşidova
Kirpi - Eyvaz İbrahimov, Ramil Məmmədov
Alabaş - Ceyhun Məmmədov
Çəpiş - Elnur Hüseynov
Quzu - Sevinc Mehrəliyeva, Zümrüd Quliyeva
Qaranquş - Təhminə Məmmədova, Zülfiyyə Alhüseynova
Tülkü - Mehriban Abdullayeva, Nuriyyə Əliyeva
Canavar - Yusif Dadaşov
Tamaşanın müddəti:1 saat 5 dəqiqə
Xülasə:Canavar Dovşanı yemək üçün nə qədər cəhd göstərsə də, buna nail ola bilmir. hiylə qururlar. Meşəyə soraq yayılır ki, Dövşanın ad günü olacaq. Bunu eşidən Canavar Tülkü ilə hiylə qurub Dovşanın ad gününü gözləyirlər. Dovşan, Kirpi, Alabaş, Çəpiş, Quzu, Qaranquş daim bir yerdə olurlar və bir-birinə kömək edirlər. Tülkü ilə Canavarın hiyləsini başa düşən bu zəif heyvanlar birləşib belə qərara gəlirlər ki, hamının yeganə xilas yolu bu iki vəhşini aradan götürməkdir. Ona görə də əlbir olub Tülkü ilə Canavarı parçalayırlar. Əslində dostluq və düzlük qalib gəlir. Tamaşada uşaqların xoşuna gələcək çox məzəli hadisələr də baş verir.

Tamaşadan fotolar:


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı