ADGTT “Şimal görüşləri” V Beynəlxalq Teatr

Festivalında uğurla çıxış edib



01.11.2017
     Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov oktyabrın 25-dən 28-dək Rusiyanın Nijnevartovsk şəhərində keçirilən “Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalında iştirak edib.
    Əməkdar artist festivalda Patrik Züskindin “Kontrabas” monotamaşası ilə səhnəyə çıxıb. Tamaşa və aktyor oyunu festivalın təşkilat komitəsi və iştirakçı kollektivlər tərəfindən böyük maraqla qarşılanıb. ADGTT festivalda “Nadir aktyor oyunu” nominasiyasında diploma layiq görülüb.
    Qeyd edək ki, festivalda Rusiya, Moldova, İtaliya, Fransa, ABŞ və digər ölkələrin də teatrları iştirak edib.

Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı